“Qarabağ”da qazancım “Legiya”dakından azdı" - AÇIQLAMA

10:16 29 Mart 2019

"Azərbaycanda ən yaxşı futbolçular Polşadan çox qazanır. Mənə gəlincə, "Qarabağ”da qazancım "Legiya”dakından azdı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibəsində deyib.

 

Polşalı müdafiəçi ölkəmizdə dil problemi olmadığnı bildirib: "Orda Azərbaycan dili ilə yanaşı, rus dili də üstünlük təşkil edir. Komandamızın yarıdan çox ingiliscə danışır. Mənə orda asandır. Rusca 90 faiz başa düşürəm. Amma özüm danışmaqla bağı çəkinirəm. Polşa dili ilə qarışdırmaqdan qorxuram".

 

"Qarabağ"a transferi ilə bağlı danışan Jezniçak ölkəmizə gələndə müəyyən qədər ehtiyyatlandığını bildirib: "Karyeramda ilk dəfə legioner həyatı yaşadığımı da nəzərə alsaq, qeyri-müəyyənliyə getdiyimdən ehtiyatlanırdım. Amma mən vaxtilə Polşada "Yagelloniya”da oynamış, indiyədək "Qarabağ”ın formasını geyinən Dani Kintanadan müəyyən məlumatlar aldım. O, möhtəşəm şeylər danışdı. Mən də gedəndə xoş mənada təəccübləndim. 2004-cü ildə U-21-in üzvü kimi Azərbaycanda olmuşdum. Gördüklərim məndə xoş təəssürat yaratdı. Şəhər inkişaf edir. Yoldaşımla Bakıda sakit və yaxşı yaşayırıq. Biz Çempionlar Liqasında da oynamışıq. Ora getdiyimə peşman olduğumu desəm, yalançı olaram".

 

"Daha güclü qərb liqalarında oynamağı xəyal edirsizmi? Məsələn, Bundesliqada" sualına isə futbolçu belə cavab verib: "Almaniya liqası mənim üçün həddən artıq yüksəkdi. Həm də mən o yaşda deyiləm. Mənim kimi oyunçular daha çox şərqə baxmalıdı. Amma gənc futbolçulara qərb liqalarına üz tutmağı məsləhət görürəm. Bu, inkişaf, karyera üçün daha yaxşıdı".


Xəbər xətti