Rəsul Çunayev qitə çempionatı və Avropa Oyunlarından məhrum oldu

15:33 29 Mart 2019

Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.


Xəbər xətti