Qərb zonasının ən yaxşıları seçildi - FOTOLAR

12:35 30 Mart 2019

AFFA-nın təşkil etdiyi aşağı yaş liqaları üzrə artıq zona yarışları başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, Qərb zonası üzrə yarışlar yüksək səviyyədə təşkil olunub, qələbə qazanan komandalar ölkə çempionatının final mərhələsinə yüksəliblər. 

 

Qərb Regional Futbol Federasiyası yarışları yaxından izləyib və öz dəstəyini hər zaman göstərib. Zona yarışlarının başa çatması ilə əlaqədar olaraq Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev müxtəlif nominasiyalar üzrə seçilən futbolçulara diplom və hədiyyələr təqdim edib.

 

 

U-10 liqa - ən yaxşı futbolçu - Abadov Heydər (Avey, Ağstafa)

u-11 liqa - ən yaxşı futbolçu - Yaqubov Vahid (Ağstafa Gəncləri)

U-12 liqa - ən yaxşı futbolçu - Sadıqov Ülvi (Şəmkir Gİİ)

U-12 liqa - ən yaxşı qapıçı - Rəcəbov Dəniz (Qala (Şəmkir)

U-13 liqa - ən yaxşı oyunçu - Bağırov Dinamin (Turan Tovuz)

U-13 liqa - bombardir - Bayramzadə Hüseyn (Turan Tovuz)



Xəbər xətti