Emil Balayev ən yaxşı oldu

12:40 1 Aprel 2019

Millimizin üzvü Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşdə “Tobol”un ən yaxşı futbolçusu seçilib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qapıçı “Instat”ın təhlilinə görə hamının qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib. Balayevin komanda yoldaşlarından Fernandey Kassay (271) 2-ci, Aleksander Kleşenko (264) 3-cü olub.

 

Xatırldaq ki, oyun "Tobol"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti