Elşad Əhmədov: "Qəbələdən xalla qayıtmaq bizim üçün yaxşı nəticədi"

17:33 1 Aprel 2019

"Maraqlı oyun keçdi. "Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik".

 

Sportarena.az "Sabah" klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 22-ci turunun "Qəbələ" ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Qolsuz heç-heçəni şərh edən mütəxəssis nəticənin qənaətbəxş olduğunu bildirib:

 

"Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir".


Digər xəbərlər

Xəbər xətti