"Qarabağ"ın futbolçusu ölən qızının adını qoluna döydürüb - FOTOFAKT

16:48 2 Aprel 2019

“Qarabağ”ın haitili futbolçusu Donald Gerrye bədənindəki döymələrin mahiyyətindən danışıb.

 

Sportarena.az xəbər verir ki, martın 31-də 30 illik yubileyini qeyd edəm sol sol cinah oyunçusu hər bir tatuirovkasının bir anlama malik olduğunu bildirib.Belə ki, Donald sağ əlində “Müqəddəs Məryəm”ə bənzəyən “Erzulie Freda”nın təsvirinin, solda və sağ əlinin 3 barmağında katolik inancının rəmzi işarəsinin yer aldığını söyləyib. Bundan əlavə, Gerye 2007-ci ildə dünyasını dəyişmiş qızı Mia Manetti sağ əl biləyində, digər 3 övladı - oğlu Kiçik Donald, qızları Şloya, Antoviya və Emiliyanı ürəyinin üstündə ulduzlarla göstərib.

 

Gerye valideynləri və bacısını da unutmayıb. Bundan başqa futbolçu 2016 - 2018-ci illərdə Amerika Kuboku, Çempionlar Liqası və Avropa Liqasında iştirak etməsini sol əlində göstərib. Onun sağ əlində isə "DG77" seriyalı geyimlər markası əksini tapıb.

 

“Qarabağ”ın legionerinin sol əlində təbiət mənzərəsi, çox sevdiyi qartalın, xaçabənzər əzələləri üzərində top təsviri də yer alıb. Futbolçu ürəyinin ortasındakı 9 başlı üçbucağın mənasını isə açıqlamayıb.

 

Qeyd edək ki, “Qarabağ”da 2017-ci ilin yayından çıxış edən Donald eyni zamanda millisinin üzvüdü.



Digər xəbərlər

Xəbər xətti