Maykl Esyen özü oynamaq istəmir?

16:33 4 Aprel 2019

Maykl Esyen bir müddətdir ki, "Səbail"ə transfer olunsa da hələlik debüt etməyib.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev bunu futbolçunun lazımı formada olmaması ilə izah edib. 

 

Lakin bu, əsl səbəb deyil. Çünki dərhal sual oluna bilər ki, formada deyilsə və oynamayacaqsa bir ətək pul verib niyə almısınız. Əsl səbəb odur ki, ulduz futbolçu özü hələ ki, meydançaya çıxmaq istəmir. Rəhbərlik tərəfindən böyük səlahiyyətlər alan Esyen debütünün növbəti turda olmasını istəyib. (rekord.az)


Digər xəbərlər

Xəbər xətti