Ermənistan millisinin üzvü Hollandiya klubundan QOVULDU

12:19 5 Aprel 2019

Hollandiyanın "Villem II" klubu Ermənistan millisinin üzvü Araz Özbilizlə icarə müqaviləsini pozub. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qovulmaya səbəb 29 yaşlı yarımmüdafiəçinin "Fortuna"ya 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməməsi səbəb olub. 

 

Nəticədə Özbilizin komandadan qovulması qərara alınıb. Bu insidentdən sonra təcrübəli oyunçu müqavilə üzrə məxsus olduğu Türkiyə "Beşiktaş"ına qayıdıb. Erməni futbolçu ötən yay icarəyə verildiyi "Villem II"nin heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Qara qartallar" onu 2016-cı ilin yanvarında Rusiya "Spartak"ından transfer edib. 

 

Qeyd edək ki, Araz Özbiliz daha əvvəl İspaniyanın "Rayo Valyekano" və Moldovanın "Şerif" klublarında da icarədə olub. 


Digər xəbərlər

Xəbər xətti