6 saatda 2 rəsmi oyunda qalib gəldilər

23:06 5 Aprel 2019

Venesuela klubu “Deportivo” 6 saat ərzində iki oyunda qalib gəlib. 

 

Sportarena.az xəbər verir ki, klub Libertadores kubokundan bir gün əvvəl çempionatda oyuna çıxmalı imiş. Federasiya rəhbərliyinə müraciət edilsə də, çempionat oyunu təxirə salınmayıb.

 

Məcburiyyət qarşısında qalan komanda əvvəlcə səfərdə “Laneros”la çempionat oyununa çıxıb və 3:2 hesabı ilə qalib gəlib. Bundan sonra komanda təyyarə ilə evə qayıdıb.

 

Və bir neçə saatdan sonra isə Libertadores kubokunda Argentinanın “Urakan” komandası ilə oyuna çıxıblar. Onlar bu qarşılaşmadan da qalib ayrılıb – 2:1.


Digər xəbərlər

Xəbər xətti