Əliyar Ağayev illər sonra "Neftçi" - "Xəzər Lənkəran" finalında yaşananlara görə özünü günahlandırdı

14:30 6 Aprel 2019

Məşhur qalmaqallı "Neftçi" - "Xəzər Lənkəran" finalını hər kəs xatırlayır. "Neftçi"nin oyun sonrası penaltilərlə qalib gəldiyi oyundan sonra böyük qalmaqal, dava-dalaş yaşanmışdı. Hansı ki, bu günə qədər də həmin hadisələr müzakirə olunur.

 

Sportarena.az rekord.az-a istinadən xəbər verir ki, həmin oyunun baş hakimi olmuş Əliyar Ağayev illər sonra maraqlı etiraf edib.

 

"CBC Sport"da yayımlanan və Əminə Kazımovanın müəllifi olduğu "İmza" verilişində qonaq olan FİFA referisi həmin qalmaqala görə özünü də günahkar hesab edib: 

"Penaltilər seriyası başlayanda Stamenkoviç idmançıya yaraşmayan hərəkət elədi. Səhvim onda oldu ki, elə ilk andaca ona sarı vərəqə göstərmədim. Düşünürəm ki, ilk anda on cəzalandırsaydım bəlkə də oyundan sonra baş verən məlum hadisələr yaşanmazdı. Ona görə də yaşanalarda hardasa mənim də günahım oldu".


Xəbər xətti