Ayxan Abbasov: "Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir"

19:00 6 Aprel 2019

"Çətin və önəmli oyun idi. İki komanda da eyni durumdadı. Heç-heçə hesabı onları qane etsə də, bizə qələbə lazım idi. Sonuncu yeri tutmamağa çalışacağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının XXlll turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

38 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi və azarkeşlər oyun ərəfəsində komandaya böyük dəstək veriblər: "Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdi. Önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Həm mənə, həm də komandaya vaxt lazımdı. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, Azərbaycan Kubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidi".


Xəbər xətti