"Beşiktaş" səfərdə darmadağınla qalib gəldi - VİDEO

11:33 9 Aprel 2019

Türkiyə Super Liqasında XXVII tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Beşiktaş" "Çaykur Rizəspor"u qəbul edib. Oyun İstanbul klubunun 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

"Beşiktaş"ın heyətində Güven Yalçın het-trik, Adem Lyayiç dub edib, Domaqoy Vida və Burak Yılmaz hərəyə bir qol vurub. "Çaykur Rizəspor"un qollarına isə Vedat Muriqi və Məhəmməd Abarhun imza atıb.

 

Qeyd edək ki, "Beşiktaş" 27 turdan sonra 50 xalla 3-cü, "Çaykur Rizəspor" 34 xalla 11-ci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti