Hakimi vurmağa çalışan "Səbail"in futbolçusuna 5 oyunluq cəza

16:03 9 Aprel 2019

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XXI tur oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə edilib.

 

Sportarena.az xəbər verir ki, növbəti dəfə maraqlı qərarlar diqqət çəkib.“Sumqayıt-2” ilə görüşün protokolunu vaxtında təqdim etməyən “Qaradağ Lökbatan” 80 manat cərimə olunub.

 

“Zaqatala” – “Səbail-2” oyununa görə, qonaqların iki üzvü cəzalandırılıb. Əsas komandanın oyunçusu olan Maudo Jarjue ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Qarşılaşma başa çatdıqdan sonra isə Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bu, onun 5 matçlıq diskvalifikasiyasına və klubunun 400 manat məbləğində cərimələnməsinə səbəb olub.

 

“Sabah-2” – “Şüvəlan” matçında isə qonaqların baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 80 manat cərimə kəsilib.


Xəbər xətti