Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu oldu

17:29 9 Aprel 2019

Sərbəst güləş üzrə millimizinüzvü Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu olub.

 

Sportarena.az xəbər verir ki, o, Buxarestdə keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.Lakin Həsənov final görüşünü keçirmədən buna nail olub. Səbəb isə finalda onunla qarşılaşmalı olan Əhməd Qazıməhəmmədovla (Rusiya) zədələnməsidir. 

 

Ria Novostinin yaydığı xəbərə görə, həkimlərin qərarı ilə Qazıməhəmmədov həlledici qarşılaşmada olmayacaq. Rusiya Güləş Federasiyasının rəsmi saytı da məlumatı təsdiqləyib. Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeyev də bildirib ki, Qazıməhəmmədov güləşə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti