RƏZALƏT - Yurçeviç Azərbaycan çempionatını saymır

12:22 11 Aprel 2019

Millimizin baş məşqçisi Nikola Yurçeviç uzun müddətdi ki, qeybə çəkilib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sonuncu dəfə martın 30-da keçirilən "Zirə” – "Səbail” oyununu izləyib. Həmin qarşılaşmadan sonra onu görən olmayıb.

 

Aprelin 1-də Azərbaycan çempionatının XXII turunun iki oyunu keçirilib. 23-ci turun oyunlarında da Yurçeviçin hənirtisi hiss edilməyib.

 

Belə bəlli olur ki, Yurçeviç vətəni Xorvatiyaya yollanıb. Bu yaxınlarda onun Zaqrebdə otel açdığı ilə bağlı məlumatlar da yayılmışdı. Yurçeviçin çempionatın qızğın çağında vətəninə getməsi bu məlumatı təsdiqləmək üçün əsas yaradır.

 

AFFA-nın sözçüsü Firuz Abdulla "Futbol+” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, Nikola Bakıya aprelin 20-də qayıdacaq. Bu isə o deməkdi ki, millimizin baş məşqçisi qarşıdakı iki turun oyunlarını da izləməyəcək, onun başı AFFA-dan qazandığı pulları kapitala çevirməyə qarışıb. (Sport7.az)


Xəbər xətti