AFFA tikinti şirkətini məhkəməyə verir - Qurban Qurbanovlu reklama görə

13:24 11 Aprel 2019

Ağ şəhərdə Hünər qüllələri adlanan yaşayış kompleksi tikilir. "Huner Group” sosial şəbəkədə tez-tez komplekslə bağlı reklamlar paylaşır, müxtəlif aksiyalar təşkil edir.

 

Yaxınlarda yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir rolik paylaşılıb. Orada millimizin və "Keşlə"nin qapıçısı Kamran Ağayev də yer alıb. Və bu, ciddi narazılığa səbəb olub.

 

Zalın divarına Xosep Qvardiola ilə Qurban Qurbanovun böyük posterləri vurulub. Bildiyimizə görə, zalın sahibinin bu iki məşqçiyə böyük rəğbəti var, hətta Qurban bəylə dostdur. AFFA-nın baş katibi Elxan Məmmədovu özündən çıxaran da millimizin üzvünün məhz bu reklam kampaniyasına çəkilməsidi. Qurbanovu monopoliyasına aldığı Azərbaycan futbolunda əsas rəqibi görən katib bu kimi məsələlərdə çox qısqancdı.

 

Bu səbəbdən AFFA-nın hüquqşünası "Huner Group”a məktub göndərib. Səbəb isə odur ki, Kamranın reklam çəkilişində istifadə etdiyi forma, onun üstündəki emblem AFFA-ya məxsusdu. Buna görə təzminat tələb edən AFFA onları məhkəməyə verməklə hədələyib. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti