Qadın güləşçimiz Avropa çempionatının bürünc medalçısı oldu

11:05 12 Aprel 2019

Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Sportarena.az xəbər verir ki,59 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edib.

 

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Elis Manolova (65 kq) finalda rumıniyalı Krista İnçe üz-üzə gələcək. Manolova ilə yanaşı, bu gün Tatyana Omelçenko (62 kq) bürünc medal, Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşünə çıxacaq.


Xəbər xətti