"Traktorsazi" autsayderə uduzdu

01:55 13 Aprel 2019

İran çempionatında XXV turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktorsazi” bu turda autsayderlərdən olan "Sepidrud"ın qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Təbriz klubu 25 turdan sonra 49 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 24 oyunda 51 xal toplayan "Persepolis" liderdi. "Sepahan" 47 xalla (24 oyun)  3-cü yeri tutur. 


Xəbər xətti