Qurban Qurbanov: "Hər bir futbolçu bizə lazımdı"

22:00 13 Aprel 2019

"Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XXIV turunda "Sabah"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

 

Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Çox aqressiv komandaya qarşı oynayrdıq. Məlumdu ki, "Sabah"a bundan 2 əvvəl oyunda qalib gələ bilımişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik bir komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm".

 

Qurbanov İnnosent Emeqara və Reynaldo Silvanın ehtiyatda qalmasının səbəblərindən də danışıb: "Hər oyun bizim üçün vacibdi. Demək olmaz ki, onlarda nəsə çatmır, hansısa planda zəifdirlər. Digər futbolçularımız heç də pis deyillər. Həm də hazırda oyunçu sayımız çoxdu. Ola bilər ki, qarşıdakı görüşlərdə onları meydanda görək. Hər bir futbolçu bizə lazımdı".


Xəbər xətti