“Yuventus” məğlub oldu, çempionluq təxirə düşdü - VİDEO

22:25 13 Aprel 2019

İtaliya çempionatının 32-ci turunda sürpriz nəticə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, lider “Yuventus” səfərdə qarşılaşdığı SPAL-a 1:2 hesabı ilə məğlub olub.Bununla da “Yuventus” çempionluğu rəsmiləşdirmək şansını öz əlindən verib.

 

Qeyd edək ki, Turin təmsilçisi hazırda ən yaxın izləyicisi “Napoli”dən 20 xal öndədir. Sabah “Napoli” səfərdə “Kyevo”ya məğlub olsa, “Yuventus”un çempionluğu da rəsmiləşəcək.

 

SPAL - “Yuventus” - 2:1

Qollar: 30 - Moyse Kin (0:1), 49 - Bonifazi (1:1), 74 - Flokkari (2:1)

 

 


Xəbər xətti