“Mövsümün sonunda “Real” ayrılacaq çox futbolçu ola bilər” - Zinəddin Zidan

Sportarena.az      15 Aprel 2018, 22:11

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis mövsümün sonunda bir çox futbolçunun klubdan ayrılacağını deyib: “Futbolçularımızı bir çox klubun istədiyi doğrudur. Çünki hamısı yaxşı futbolçulardır. Mövsümün sonunda komandadan ayrılacaq çox futbolçu ola bilər”.
 

Fransalı mütəxəssis Madrid təmsilçisindən ayrılacağı iddia edilən Kərim Benzemanın klubda qalacağını bildirib: “Kərim fərqli futbolçudur. Sırf "9 nömrə" deyil. Hücumun mərkəzi ilə yanaşı, arxada və cinahlarda da oynayır. Çox şey bacardığını bilir. Hücumçu kimi qol vurur və digər mövqeylərlə əlaqə qurur. Komandamıza gələcək ən yaxşı futbolçularla birgə oynaya bilər”.
 

Zidan Toni Kroosun da ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Kross çox yaxşı futbolçudur. Beş ildə “Real”da yaxşı işlər gördü. Sakit oyunçudur və təzyiq altında özünü itirmir. Hər zaman onun futbolunu bəyənmişəm. İstəməsəm də, siz Toni və digər futbolçular barədə danışacaqsınız. Ancaq hamısı vacib və yaxşı futbolçulardır”.
 

Mütəxəssis Kriştiano Ronaldonun boşluğu barədə bunları deyib: "İstədiyiniz hər şeyi edərsiniz, ancaq Kriştianonun yerini doldura bilmərsiniz. O gedib. Gətirəcəyim futbolçular Ronaldonun bacardıqlarını təkrarlaya bilməz. Həyat belədir və davam edir".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin