Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda... - UEFA-dan DƏSTƏK

Sportarena.az      17 Aprel 2018, 13:30

UEFA İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının finalına vəsiqə qazanacağı halda, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün viza almağa dəstək olacaq.

 

Sportarena.az xəbər verir ki, qurum rəsmiləri Ermənistan yığmasının üzvünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün Azərbaycana gəlməsində problem görmür. Əgər "Arsenal" finala yüksəlsə, UEFA bunun həlli üçün çalışacaq.

 

UEFA-dan verilən açıqlamada "Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir", - deyə qeyd edilib.

 

"Arsenal" Avropa Liqasının 1/4 finalın ilk oyununda "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyuna gətirilməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyun üçün Azərbaycana gətirməmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin