"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu oldu - VİDEO

21:50 20 Aprel 2019

İtaliya A seriyasının 33-cü turunda “Yuventus” “Fiorentina”ya qalib gələrək erkən çempionluğu rəsmiləşdirib. 

 

Sportarena.az xəbər verir ki, oyun turinlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə “Yuventus”a mövsümün sonuna 5 tur qalmış skudettonu qazanmaq imkanı verib. 

 

Qeyd edək ki, “Yuventus” ardıcıl səkkizinci dəfə çempionluğu qazanır.

 

 


Xəbər xətti