İngiltərədə ən yaxşı futbolçu kim olacaq?

12:10 21 Aprel 2019

İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır.

 

Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti