"Napoli" öz meydanında məğlub oldu - VİDEO

11:17 23 Aprel 2019

İtaliya A seriyasında 33-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Napoli" "Atalanta"nı qəbul edib. İkinci pillədəki mövqeyini demək olar ki, təmin edən Neapol təmsilçisi Çempionlar Liqasına iddiasını davam etdirən "Atalanta"ya uduzub - 1:2.

 

Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Dries Mertens açıb. 69-cu dəqiqədə Duvan Zapata bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Mario Pasaliç "Atalanta"nın qələbə qolunu vurub.

 

 


Digər xəbərlər

Xəbər xətti