"Qarabağ"ın qapıçısı "Formula 1"dən danışdı: "İlk dəfədir ki..." - FOTO

12:50 26 Aprel 2019

"Qarabağ"ın qapıçısı Vaqner da Silva "Globo Sport"a açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qapıçı Formula-1 üzrə Azərbaycan Qran-prisi haqda danışıb. Braziliyalı qolkiper avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı "Port Baku"nun pəncərəsindən izləyəcəyini deyib:

 

"İlk dəfə bu yarışa şahidlik edəcəm. Yolların bağlı olmasından başqa bütün işlər möhtəşəmdir. Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".



Xəbər xətti