Yurçeviçin proqnozu: "Neftçi", yoxsa "Qarabağ"?

00:33 30 Aprel 2019

"Sumqayıt"ın "Neftçi"ni məğlub etməsindən sonra "Qarabağ" çempionatın favoritidir. Amma qalan iki turda hər şey ola bilər".

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.

 

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, 26-cı turda "Neftçi" evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzandan sonra lider "Qarabağ"la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.

 

Qeyd edək ki, "Qarabağ" hazırda 60 xalla liderdir. "Neftçi" isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə "Səbail", "Neftçi" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman "Qarabağ"ı qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə ardıcıl 6-cı çempionluq üçün cəmi 1 qələbə lazımdır.


Xəbər xətti