AFFA-dan "Sumqayıt"a CİDDİ XƏBƏRDARLIQ

13:09 30 Aprel 2019

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

 

"Zirə" ilə matç başa çatdıqdan sonra "Sumqayıt"ın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbərdarlıq edilib. Bu təkrarlanacağı halda klub cəzalandırılacaq.

 

"Qəbələ" isə "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 800 manat cərimə olunub.


Xəbər xətti