Salyanda idmançıları daşıyan avtobus qəzaya düşdü: Ölən var

11:33 6 May 2019

Salyanda idman yarışına gedən gənclərdən ibarət mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.

 

Sportarena.az ONA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

"Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 6 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti