Avrokuboklar tarixində ilk

14:25 10 May 2019

Çempionlar Liqasının və Avropa Liqasının finalçıları müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, hər iki turnirin finalında İngiltərə klubları qarşılaşacaq. Bu isə avrokuboklar tarixində bir ilk olacaq. Belə ki, indiyədək eyni mövsümdə hər iki turnirin finalçıları eyni ölkəni təmsil etməyib. 

 

Qeyd edək ki, Avropa Liqasının final iyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və "Arsenal"la "Çelsi" qarşılaşacaq. Çempionlar Liqasının iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda baş tutacaq finalında isə "Liverpul"la "Tottenhem" üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti