"Qəbələ" Fransada 10-cu oldu

Sportarena.az      13 May 2018, 14:13

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da çıxışını başa vurub.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda oyunda qüvvəsini sınayıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Monako” ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Qalib gələn “Knyazlıq klubu” 9-cu, “Qəbələ” isə 10-cu yeri tutub.

 

Xatırladaq ki, San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub. Komandamız 9-16-cı yerlər uğrunda mübarizədə “Brest”i 1:0, “Tuluza”nı (hər ikisi Fransa) 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub edib – 3:2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin