“Qarabağ”ın potensial rəqibləri bəllidir

Sportarena.az      13 May 2018, 15:19

Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Qarabağ”ın daha 2 potensial rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, I təsnifat mərhələsində mübarizəyə qoşulacaq Qurban Qurbanovun yetirmələri “səpələnmişlər” səbətində qərarlaşıb.

 

“Köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində daha 2 potensial rəqibinin adına aydınlıq gəlib. Belə ki, Serbiyanın “Partizan” və Rumıniyanın “ÇFR Kluj” klubu “səpələnməmişlər” səbətində yer alacaq və bu o deməkdir ki, hər iki komanda “Qarabağ”ın potensial rəqibidi.

 

Ümumilikdə I təsnifat mərhələsində 32 komanda iştirak edəcək ki, onlardan 25-i bəllidi. Klublardan 13-ü səpələnmiş, 9-u səpələnməmişdisə, 3 komandanın hansı səbətdə yer alacağı hələ məlum deyil.

 

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya).

 

Səpələnməmişlər: “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).

 

Qeyri-müəyyənlər: AIK (İsveç), “Suduva” (Litva), “Valletta” (Malta).

 

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin