“Yuventus” İskoya elçi düşüb – Ronaldunun xahişi ilə

11:11 15 May 2019

Madridin “Real” klubunun yarımmüdafiəçisi İsko Turinin “Yuventus” klubuna keçə bilər.

 

Sportarena.az xəbər verir ki, İtaliya klubu futbolçunu heyətinə qatmaq üçün 60 milon avroya qədər ödəniş etməyə hazırdır. Futbolçu özü də artıq komandanı tərk etmək istəyir.

 

Digər yandan, “Real”ın baş məşqçisi Zinəddin Zidanın növbəti mövsümdə ona şans verəcəyi gözlənilmir.

 

Yayılan xəbərlərə görə, İskonu almağı “Qoca sinyora” rəhbərliyindən Kriştiano Ronaldo xahiş edib.  


Digər xəbərlər

Xəbər xətti