Ayxan Abbasov “Sumqayıt”dan ayrıldı

19:51 19 May 2019

Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

"Final oyunu tam başqa atmosferdə olur. Çalışdıq ki, oyunçular bu matça hazırlayaq. Təəssüflər olsun ki, görüşün taleyini bir səhv həll etdi. Futbolçularımla fəxr edirəm, bacardıqlarını etdilər. Oyundan əvvəl də demişdim ki, nəticədən asılı olmayaraq, onlara təşəkkür edəcəm. Yəqin ki, qalib gəlməyi haqq etmirdik. Mənim fikrimcə, avrokuboklara tam hazır deyilik. Əgər avrokuboklara getmək istəyiriksə, inkişaf etməliyik. Futbolçularımızı təbrik edirəm. Azarkeşlərə də təşəkkür edirəm".

 

Gənc mütəxəssis klubdan ayrılacağını deyib: "Qalib gəlsəydik də, klub rəhbərliyi ilə növbəti iki gündə görüş olacaqdı. Çox güman ki, bu, "Sumqayıt"da son oyunum olacaq".

 

Ayxan Abbasov mövsümün gedişində "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi təyin edilmişdi.


Digər xəbərlər

Xəbər xətti