İsrailli futbolçu "Sumqayıt"dan ayrılır

Sportarena.az      21 May 2018, 13:50

"Sumqayıt"ın futbolçusu Əli Babayev sosial şəbəkə hesabında klubdan ayrılacağına işarə verib.

 

Sportarena.az xəbər verir ki, Babayev Azərbaycanda keçirdiyi ilk mövsümün çətin olduğunu bildirib. Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq futbolçu növbəti mövsüm "Sumqayıt"da olmayacağını qeyd edib: "Gələn mövsüm görüşərik! Harada? Zaman göstərəcək!"

 

İsrailli futbolçu ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçib. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. 28 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinə də dəvət alır. O, Litva ilə yoxlama matçında yığmada debüt edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin