"Arsenal" və "Çelsi" final biletlərinin bir hissəsini geri qaytarır

Sportarena.az      23 May 2018, 15:47

Avropa Liqasının finalçıları onlar üçün ayrılmış biletlərin bir hissəsindən imtina etməyi planlaşdırırlar.

 

"The Times" nəşrinin məlumatına görə, "Arsenal" və "Çelsi" 6 mindən çox bileti geri qaytarmaq niyyətindədi. 

 

UEFA hər kluba 5800 bilet ayırsa da, "Arsenal" tərəfi onlardan 3500-ünü, "Çelsi" isə 2000-i sata bilib. Həmçinin qurumun sponsorlar üçün ayırdığı 2000 bilet də geri qaytarıla bilər. İmtinaların səbəbləri qismində uçuşların az olması, məsafənin uzaqlığı və viza problemləri göstərilir.

 

Geri qaytarılan biletlərin azərbaycanlı azarkeşlər üçün yenidən satışa çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, mayın 29-da "Çelsi" və "Arsenal" arasında oynanılacaq final matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. (sport7.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin