"Qalatasaray"ın transfer bombası

11:11 24 May 2019

"Bavariya"dan ayrılan Frank Riberi karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, "Qalatasaray" sabiq futbolçusunu heyətinə cəlb etmək istəyir. İstanbul klubu 36 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib. Riberiyə illik 2 milyon avro maaş təklif edilib.

 

Qeyd edək ki, Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edib.


Xəbər xətti