"Qalatasaray" səfərdə məğlub oldu - VİDEO

Sportarena.az      25 May 2018, 12:10

Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun əsas oyununda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.

 

Sportarena.az xəbər verir ki, “Sivas 4 Eylul” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

 

Görüşdə ilk qolun müəllifi istannbulluların norveçli müdafiəçisi Martin Linnes olub. “Qalatasaray” 34-cü dəqiqədə Muğdat Çelikin qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin meydan sahibləri 43-cü və 45-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Daha sonra isə Sivas təmsilçisi 77-ci və 79-cu dəqiqələrdə Serhiy Rıbalka və Arouna Konenin qolları ilə hesabı 4:2 edib. “Qalatasaray” isə bu qollardan birinin əvəzini 82-ci dəqiqədə çıxa bilib. Muğdat Çelik özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Beləliklə oyun 4:3 hesabı ilə sivaslıların xeyrinə başa çatıb.

 

Qeyd edək ki, ötən tur çempion olan “Qalatasaray” Superliqanı 69 xalla başa vurub.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin