"Sabah" böyük hesabla uduzdu, "Neftçi" ilə "Zirə"dən "sülh"

13:27 27 May 2019

"Zirə” PFK və "Şüvəlan” FK-nın birgə təşkilatçılığı ilə 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında İnkişaf turnirində növbəti oyunlar keçirilib. 

 

Sportarena.az xəbər verir ki, A qrupunda "Keşlə" "Sabah"ın 2004 təvəllüdlü futbolçuları ilə qarşılaşıb. Bu görüşdə "Keşlə" böyükhesablı qələbə qazanıb. B qrupunda qarşılaşan "Neftçi" ilə "Zirə" isə meydandan qollu bərabərliklə ayrılıb. 

 

 

A qrupu

"Keşlə” 5:2 "Sabah 2004” 

 

B qrupu: 

"Neftçi” 1:1 "Zirə” 

 

Növbəti turun oyunları mayın 28-də keçiriləcək.


Xəbər xətti