Avropa çempionu olan qadın polisimiz - VİDEO

Sportarena.az      28 May 2018, 12:10

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən "Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya başlanılıb.

 

Sportarena.az xəbər verir ki, layihənin ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır.

 

Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pauerliftinq üzrə isə Avropa və üçqat respublika çempionudur.

 

Videoçarxda Ə.Qurbanova ilk baxışda əks qütblü görünə biləcək idman növlərində qazandığı uğurların sirrini açır, həçminin xanımlara idmanla məşğul olmağın faydalarından bəhs edir.

 

Polis zabitinin xidmətdə və idman arenalarında əldə etdiyi uğurlar haqqında daha ətraflı videsüjetdə məlumat verilir. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin