“Siyasi məsələlərdən çox danışdıq, futbola köklənməliyik” - “Arsenal”ın futbolçusu

Sportarena.az      28 May 2018, 18:28

UEFA Avropa Liqasını finalı çərçivəsində sabah Bakıda “Çelsi” ilə qarşılaşacaq “Arsenal”ın futbolçuları Qranit Caka və Sokratis Papastotopulos mətbuat konfransında iştirak edib.

 

Sportarena.az onların açıqlamalarını təqdim edir:

 

- Siz düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?

Sokratis: Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək. - Ola bilər ki, sabah Kosielni “Arsenal”da sonuncu matçına çıxacaq.

 

- Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdır?

Sokratis: Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdır. Ondan sonra digər məslələr haqqında düşünərik.

 

- Komandanız Bakıya mayın 25-də, “Çelsi” isə dünən gecə gəlib. Bu sizə əlavə üstünlük verir?

Caka: Tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq.

 

- Emeri 3 dəfə bu turnirin qalibi olub. Siz özünüzdə nə dərəcədə məsuliyyət hiss edirsiniz?

Caka: Emerinin böyük təcrübəsi var, isrəyirik ki, qələbə qazanmaqla onu məmnun edək. - Bu turnirdə qələbə qazanmaq həm də ÇL-yə vəsiqə deməkdir.

 

- Bu barədə nə deyə bilərsiniz?

Caka:  Düşünürəm ki, biz ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk 4-lüyə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik.

 

- “Arsenal”ın səfərdə yaxşı çıxış etmədiyi deyilirdi, amma “Napoli” və “Valensiya” ilə oyunlar bu düşüncəni dəyişdi. Siz nə düşünürsüz?

Caka: Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdi.

 

- Avrokuboklarda qələbə qazanan o qədər də çox isveçrəli oyunçu yoxdu. Sizin üçün bu titul nə qədər önəmlidi?

Caka: Mənimlə birlikdə “Arsenal”da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin