Amil Yunanov rəsmən “Sumqayıt”da

14:07 4 İyun 2019

 2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub son mövsümü "Keşlə"də keçirmiş sabiq hücumçusu Amil Yunanovla anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.1 illik müqavilə imzalayan Yunanov "Sumqayıt"da 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, 2015-2018-ci illər aralığında da "Sumqayıt"ın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla komandanın tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" ilə yanaşı (24 oyun, 5 qol) "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Amil U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.


Xəbər xətti