“Qorxsaq, elə də olacaq” - Mahir Emreli

Sportarena.az      9 İyun 2018, 11:19

Azərbaycan millisinin hücumçusu Mahir Emreli AÇ-2020-nin seçmə mərhələsində evdə Macarıstana 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu məğlubiyyətdən və 3 gün sonra Slovakiya ilə keçirləcək matçdan danışıb.

 

- Yəqin ki, hesab gözlənilməz oldu. Oyundan öncə başqa nəticə gözləyirdiniz?

- Əlbəttə. Ümidimiz çox idi. Qalib gəlmək istəyirdik. Başa düşürəm, yaxşı nəticə olmayanda hamımız üzülürük. İnanın ki, biz də çox üzülürük. 10-15 gün təlim-məşq toplanışı keçirsən, oyunlara həvəslə hazırlaşırsan, ancaq uduzanda insan etdiklərinin boş yerə getmiş kimi hiss edir. Ümidimiz hələ də var. Slovakiya ilə oyunda vəziyyəti dəyişə bilərik. Əlimizdən gələnin artığını etməliyik.

 

- Meydanda komanda ruhu görünmürdü. Buraxılan iki qol buna təsir etdi?

- Sanki qolları bir qədər tez buraxdıq. Hər iki hissənin əvvəlində torumuz silkələndi. Hesab fərqini azaldanda bir qədər həvəsləndik. Qabağa getdik, ancaq yenə qol buraxdıq. Bu amil də rol oynadı.

 

- Qollar lazımsız anlarda vuruldu?

- Ola bilər ki, həvəsli olmağımızdan irəli gəlirdi. İrəlidə pressinq etmək istəyirdik. Hardasa boşluqlar verdik. Məğlubiyyətdən nəticə çıxarmalıyıq.

 

- Macarıstandan xal almaq mümkün idi?

- Əlbəttə, mümkün idi. İclaslarımızda da bu barədə danışırdıq. Baş məşqçimiz yaxşı şansımızın olduğunu deyirdi. Biz də inanırdıq. Bəxtimiz gətirmədi.

 

- Slovakiya ilə oyun öncəsi bu məğlubiyyət sizə necə təsir edəcək?

- Onların bir oyununa baxmışıq. Sabahdan Slovakiyanı analiz edəcəyik. Yenə deyirəm, həvəsdən düşmək lazım deyil. Əsl komanda ruhu burda bilinir. Meydana çıxıb oyunumuzu nümayiş etdirməliyik.

 

- Bütün oyunları uduzmaqda qorxmursunuz? Çünki bütün rəqiblər bizdə güclüdür.

- Qorxsaq, elə də olacaq. Məncə, qorxmaq lazım deyil. Oyuna baxmağa gələn insanlara futbol həzzi yaşatmaq lazımdır. Artıq futbol dəyişib. Nəticə olmayanda belə, azarkeşlər görür ki, komanda mübarizə aparırdı. Amma nəticə olmalıdır. Öz futbolumuzu oynamalıyıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin