Azarkeşlər ayağa qalxdı: Slovakiya ilə oyunda "AFFA istefa" şüarı olacaq!

13:23 10 İyun 2019

Azərbaycan millisinin Macarıstana 3-1 hesablı məğlubiyyəti azarkeşlərin səbir kasasını daşırıb.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın siyasətindən narazı qalan futbol fanatları, tək çarəni federasiya rəhbərliyinin istefasında görürlər.

 

Bunun üçün artıq sosial şəbəkələrdə istefa kampaniyasına da start verilib. Belə ki, böyük futbol səhifələri, azarkeşləri millimizin Slovakiya ilə oyununa gəlməyə və AFFA istefa şuarına qoşulmağa dəvət edir.

 

Azərbaycan Slovakiya oyunu 11 iyun saat 20:00-da start götürəcək. (rekord)


Digər xəbərlər

Xəbər xətti