“Traktor Sazi” Mustafa Dənizliyə tapşırıldı

10:02 14 İyun 2019

İran Premyer Liqasında çıxış edən “Traktor Sazi”nin yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Təbriz təmsilçisi Mustafa Dənizli ilə anlaşıb. 69 yaşlı mütəxəssislə 5 illik sözləşmə imzalanıb. Onun yeni işində nə qədər maaş alacağı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, son olaraq “Kasımpaşa”nı çalışdıran Mustafa Dənizli 2013/2014 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, İranda "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib.


Xəbər xətti