Maradona istefa verdi

12:00 14 İyun 2019

Əfsanəvi argentinalı Dieqo Armando Maradona "Dorados" klubunun baş məşqçi vəzifəsindən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb mütəxəssisin səhhətindəki problemdi.Məsələ burasındadı ki, çiynindən və dizindən əməliyyat olacaq 58 yaşlı çalışdırıcıya həkimlər sağlamlığına diqqət yetirməyi məsləhət görüb. Meksika təmsilçisi də rəsmi saytı vasitəsilə xidmətlərinə görə, ona təşəkkür edib.

 

Qeyd edək ki, Maradona ikinci liqa təmsilçisinə 2018-19 mövsümündə rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti