“Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

11:00 19 İyun 2019

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası futbolçu Maudo Jarjue ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına məlumat verilib. Qvineya-Bisaudan olan 22 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

 

Qeyd edək ki, Maudo Jarjue "Səbail"də çıxış etdiyi iki mövsüm ərzində 50 matçda 4686 dəqiqə forma geyinib.

 

Xatırladaq ki, klub daha əvvəl Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri kimi futbolçularla da vidalaşıb.  


Xəbər xətti