Azərbaycanlı futbolçu 27 yaşında karyerasını bitirdi

Sportarena.az      19 İyun 2018, 15:52

“Sumqayıt”ın futbolçusu Nicat Qurbanov karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib: 

 

“Heç vaxt ağlıma gəlməzdi ki yazacağım qərarı belə tez açıqlayacam. Bəzən həyat adamı öz sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəkilimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa, dəstəkləyən hamıya təşəkkürümü bildirirəm!”.


 
27 yaşlı futbolçu “Neftçi”nin yetirməsidi. Nicat Qurbanov “Simurq”, AZAL, “Zirə” və “Kəpəz” klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin