"Keşlə" sabah başlayır

18:10 19 İyun 2019

“Keşlə” iyunun 20-dən yeni mövsümün hazırlığına başlayacaq.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Bakıda start götürəcək toplanışda “Keşlə” 4 yoxlama matçı keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.

 

“Keşlə”nin ikinci yoxlama matçı iyul ayının 5-də olacaq. Komanda Sumqayıt şəhər stadionunda “Sumqayıt”la qarşılaşacaq.İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.

 

Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib isə hələlik məlum deyil.


Xəbər xətti