"Neftçi" Mirabdulla Abbasovu icarəyə verdi

Sportarena.az      20 İyun 2018, 18:26

"Neftçi” futbolçusu Mirabdulla Abbasovla 2019/20 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqavilə müddəti 2020/2021 mövsümünün sonunadək uzadılıb.

 

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün növbəti mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.

 

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin